Siyasi Partiyalar
A+   A-

Siyasi  Partiyalar

1911–ci ildə ciddi konspirasiya şəraitində əsası qoyulan milli-demokratik «Müsavat» partiyası milli hərəkatın yeni dövrünün simvolu və bu hərəkatın rəhbərinə çevirildi. Abbasqulu Kazımzadə, Tağı Nağıoğlu və Məhəmmədəli Rəsulzadə (Rəsuloğlu) ilk partiya özəyinin əsasını qoydular. «Müsavat»ın banilərinin qarşısında partiyanın gizli saxlanılması vəzifəsi qoyulmuşdu və bu vəzifə 1917-ci ilin fevral inqilabına qədər müvəffəqiyyətlə həyata keçirildi. Mətbuat orqanı 1915-ci ildə nəşrə başlayan «Açıq söz» qəzeti idi. Artıq 1918-ci ildə «Müsavat» partiyası yalnız Azərbaycanda deyil, bütün Qafqazda fəal siyasi qüvvələrdən biri hesab olunurdu. 1917–ci il oktyabrın 26-31-də keçirilən partiyanın I qurultayında «Müsavat»ın proqramı qəbul edildi. AR Pİİ SSA–da proqramın nüsxəsi mühafizə edilir. Hətta 1920–ci ilin aprelindən sonra Azərbaycanda siyasi partiyaların qadağan olunduğu və buraxıldığı zaman belə «Müsavat»-ın ideologiyası Azərbaycanın siyasi həyatına təsir göstərməkdə davam edirdi. Bu dövrdə bütün müxalifətçi partiyalar, o cümlədən də «Müsavat» qanundan kənar elan edilmiş, siyasi və fiziki repressiyalara məruz qalmışdılar. 1937-ci ilin repressiyaları ölkə daxidində müsavatçılığa son qoydu. Arxivimizdə «Müsavat» partiyasının sovet dövrünü əks etdirən çoxlu sayda sənədlər vardır: 1921–ci ildə sovet idarələrində işləyən keçmiş Müsavat üzvlərinin siyahıları, Müsavatın regionlardakı özəklərinin fəaliyyəti, mərkəzi İstanbulda olan Müsavat partiyasının xarici bürosunun fəaliyyəti, o cümlədən İrandakı fəaliyyəti, 1920–ci il aprelin 28-dən sonra müsavatçıların İstanbuldakı fəaliyyəti haqqında məlumatlar, Müsavat partiyasının t