• Arxiv fondlarında saxlanılan sənədlərin mühafizəsini təmin etmək;
  • Arxiv fondlarında saxlanılan sənədlərin komplektləşdirilməsi, uçotu və istifadəsini təşkil etmək;
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş siyasi partiyalar, ictimai hərəkatlar və digər müvafiq təşkilatların sənədlərinin qəbulunu həyata keçirərək onların dövlət tərəfindən mühafizəsini təmin etmək;
  • Arxivdə mühafizə olunan sənədlərin dəyərinin ekspertizasını keçirmək;
  • Kitabxana fondunda saxlanılan nəşrlərin mühafizəsini təmin etmək və uçotunu aparmaq;
  • Kitabxana fondunu yeni ədəbiyyatla və əvvəlki illərin nəşrləri ilə komplektləşdirmək;
  • Tədqiqatçılara kompleks kitabxana, biblioqrafiya və informasiya xidməti göstərmək;
  • Arxivdə mühafizə olunan sənəd və nəşrlərin elmi əsaslarla gigiyena, rejimli mühafizə-konservasiya, cildləmə və bərpası işini təşkil etmək;
  • Arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu əks etdirən elektron elmi-məlumat aparatını yaratmaq və təkmilləşdirmək;
  • Kitabxana fondunun avtomatlaşdırılmış elmi-məlumat aparatını yaratmaq və təkmilləşdirmək;
  • Arxiv və kitabxana fondlarını özündə əks etdirən ənənəvi və elektron kataloq-kartoteka sistemini yaratmaq və təkmilləşdirmək;
  • Arxiv və kitabxana fondlarının rəqəmsallaşdırılması və sığorta fondunun yaradılması işini təşkil etmək;
  • Arxiv sənədləri əsasında elmi və elmi-publisistik məqalələr, sənədlər toplusu və kitablar nəşr etmək;
  • Аrxivin oxu zallarında tədqiqatçılara xidmət göstərmək;
  • Dövlət idarə, təşkilat və müəssisələrinin rəsmi sorğularına əsasən, müəyyən olunmuş qaydada sənədlərin surətini vermək;
  • Hüquqi və fiziki şəxslərin rəsmi müraciətlərinə əsasən ödənişsiz sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı vermək;
  • Xarici ölkə arxivləri, muzey və kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmaq;
  • Azərbaycanın ictimai-siyasi tarixinə aid dünyanın müxtəlif ölkələrinin arxivlərində mühafizə olunan sənədləri aşkarlamaq və onların mümkün formada repatriasiyasını təşkil etmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə Arxivə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.