Siyasi sənədlər Arxivində Birinci Dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş “Tarixin qaranlıq səhifələri, keşmişin ibrət dərsləri və gələcəyə çağırış” adlı beynəlxalq konfrans keçirilib

   

2014-cü ilin 23-24 may tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində Birinci Dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş “Tarixin qaranlıq səhifələri, keşmişin ibrət dərsləri və gələcəyə çağırış” adlı beynəlxalq konfrans keçirilib.

Beynəlxalq konfransın işində Azərbaycan alimləri ilə yanaşı Almaniya, Rusiya, Türkiyə və Fransadan dəvət olunmuş tarixçi-alimlər də iştirak edib. İki gün davam edən elmi forumda Birinci Dünya müharibəsinin əsas mərhələlərinə, nəticələrinin öyrənilməsinə, keçmişin səhvlərindən ibrət dərslərinin götürülməsinə və digər məsələlərə həsr olunmuş məruzələr dinlənilib.

Arxivin foyesində qurulan ekspozisiyalarda dövrün hadisələrini əks etdirən nadir sənədlər və şəkillər nümayiş olunub. Elmi konfransın materialları toplu şəklində nəşr olunaraq, konfrans iştirakçılarına və ictimaiyyətə çatdırılıb.