İctimai-Siyasi Sənədlər Arxivində 28 May – Müstəqillik Gününə həsr olunmuş sərgi təşkil edilib

   

Mayın 26-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində 28 May – Müstəqillik Gününə həsr olunmuş sərgi təşkil edilib.

Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən və Şərqdə ilk demokratik respublikanın qurucularından bəhs edən nəşrlər, “Azərbaycan” qəzetinin istiqlal bəyanının birinci ildönümünə həsr olunmuş 28 may 1919-cu il tarixli 190 saylı nömrəsi və Arxivdə mühafizə olunan qiymətli sənədlər nümayiş etdirilib.